2021-ci ilin yanvar-oktyabr ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi hesabatına görə, “İnvestAZ İnvestisiya Şirkəti” QSC səhm bazarında həyata keçirdiyi əməliyyatların cəmi məbləğinə görə 10 investisiya şirkəti arasında 1-ci yeri tutub.
Eləcə də bax: Səhm alıb-satanlar “İnvestAZ”ı seçir – BAZARIN LİDERİ OLDU
FED.az Bakı Fond Birjasınn hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 10 ayında səhm bazarında 38 milyon 938 min 978 manatlıq cəmi dövriyyə (ticarət) qeydə alınıb. Ticarətin 39,3%-i və ya 15 milyon 298 min 264 manatı “İnvestAZ” vasitəsilə baş tutub.
Təkcə oktyabr ayında “İnvestAZ İnvestisiya Şirkəti” səhm bazarında 1 milyon 430 min 97 manatlıq əməliyyatları icra edib.
“İnvestAZ” korporativ istiqrazlar bazarında isə 200 milyon 599 min 854 manat dövriyyə ilə investisiya şirkətləri arasında 2-ci yerdədir.
Eyni zamanda, “İnvestAZ” 2588 əməliyyat sayı ilə, ən çox sayda əməliyyatlar həyata keçirmiş 3 investisiya şirkətindən biridir.
2021-ci ilin 10 ayı ərzində “İnvestAZ”ın cəmi əməliyyatlarının həcmi 361 milyon 478 min manat təşkil edib.
InvestAZ Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət və səhmdar cəmiyyətlərin səhmlərinə, istiqrazlarına yatırım imkanları təqdim edir. Şirkət anderraytinq, vasitəçilik və məsləhətçilik xidmətləri də göstərir. (Marja)