(Birjalarda dollar diktə edir)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Ötən həftə ərzində qlobal inflyasiyada yüksəlişin tempinin azalması və iqtisadi qeyri-müəyyənlik şəraitində qərarsız qalan mərkəzi bankların gələcək siyasəti ilə bağlı artan qeyri-müəyyənliklər fonunda investorlar aparıcı valyutalar arasında daha çox dollara etimad nümayiş etdirdilər.
Nəticədə EURUSD və GBPUSD məzənnələri ötən həftəni müvafiq olaraq 1.0680, 1.2050 səviyyələrində, USDJPY məzənnəsi isə 131.40 səviyyələrində tamamladılar.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər. Çərşənbə axşamı Amerikada açıqlanacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın gedişində əhəmiyyətli rol oynaya bilər.
EUR
Ötən həftə neft qiymətlərində müşahidə olunan bahalaşma Avropa iqtisadiyyatında risklərin artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində EURUSD məzənnəsi üzərində təzyiqlərin bir qədər də artmasına təsir etmişdir. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də Avrozonada açıqlanacaq ÜDM göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP.
Ötən həftəni 1.2050$ hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə dərc olunacaq ÜDM-in həcmi, inflyasiya səviyyəsi və əmək bazarına dair göstəricilər həll edici rol oynaya bilər.
TRY.
USDTRY məzənnəsi ötən həftə ərzində 18,83TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftə dollar indeksində müşahidə olunacaq tendensiya USDTRY məzənnəsində də trendin formalaşmasına ciddi təsir edə bilər.
GOLD.
İnflyasiya gözləntilərinin və mərkəzi bankların pul-kredit siyasətlərinə dair qeyri-müəyyənliyin hökm sürməsi fonunda qızıla tələb artır. Lakin dollar indeksində artım tendensiyası davam edər və 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.