Azərbaycanın investisiya xidmətləri bazarının aktiv iştirakçısı, ölkənin aparıcı investisçiya şirkətlərindən olan «İnvest-AZ İnvestisiya Şirkəti» 2022-ci ilin nəticələrini açıqlayıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, ciddi korporativ ənənələrə və biznes stilinə malik olan şirkət 2022-ci ildə də sürətlə böyüyüb, gəlirləri və mənfəəti artmaqda davam edib.
Şirkətin açıüqladığı hesabata əsasən 2022-ci ildə «İnvest-AZ İnvestisiya Şirkəti»nin gəlirləri 20%-dən çox artaraq 4 milyon 960 min manata yüksəlib. 2021-ci illə müqayisədə gəlirlər 21% və ya 873 min manat artıb.
Bu dövrdə marja ticarətindən gəlirlər 4 milyon 672 min manat, broker xidmətlərindən və digər komissiya gəlirləri 242 min manat olub. Bundan başqa, 2022-ci ildə «İnvest-AZ İnvestisiya Şirkəti»nin tədris xidmətlərindən gəlirləri 50%-dən çox artaraq 27,9 min manata yüksəlib. Daha 18 min manat isə şirkətə divident gəliri formasında daxil olub.
2022-ci ildə «İnvest-AZ İnvestisiya Şirkəti»nin xərcləri 4 milyon 108 min manat təşkil edib. Bunun 3 milyon 474 min manatı inzibati və digər əməliyyat xərcləri olub (2021-ci illə müqayisədə 50%-ə yaxın artım). 2022-ci ildə şirkətin haqq və komissiya xərcləri 247 min manat, faiz xərcləri 387 min manat təşkil edib.
Nəticədə «İnvest-AZ İnvestisiya Şirkəti»nin il üzrə əməliyyat mənfəəti 852 iin manata yüksəlib.
Bundan başqa, «İnvest-AZ İnvestisiya Şirkəti» 2022-ci ildə məzənnə fərqindən 10 min manat, digər gəlirlər kimi isə 1 milyon 589 min manat gəlir əldə edib.
Nəticədə 2022-ci ilin yekununa «İnvest-AZ İnvestisiya Şirkəti»nin vergidən əvvəlki mənfəəti 2 milyon manatı keçərək 2 milyon 30 min manata yüksəlib. Bu 2021-ci illə müqayisədə 30% artıqdır.
Bundan 441 min manat dövlət büdcəsinə mənfəət vergisi kimi 441 min manat ödənilib – büdcə ödənişləri əvvəlki illə müqayisədə 40% artıb.
İl üzrə xalis mənfəət isə 1 milyon 589 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə təqribən 350 min manat və ya 28% artıqdır.
2022-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 88% və ya 13 milyon manat artaraq 14,5 milyon manatdan 27,3 milyon manata yüksəlib.
Bu dövrdə şirkətin öhdəlikləri 12 milyon manata yaxın artaraqa 10,6 milyon manatdan 22,5 milyon manata yüksəlib.
Cəmi kapitalı isə 23% artaraq 4 milyon 741 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür