2019-cu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına investisiyaları 7,813 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
Eləcə də bax: SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini - MÜVƏQQƏTİ DAYANDIRIR
FED.az xəbər verir ki, bu barədə Büronun maliyyə hesabatına istinadən xəbər verilir.
Sənəddə həmçinin deyilir ki, İSB 2018-ci ildən Maliyyə Nazirliyinin istiqrazlarına investisiya qoymağa başlayıb və ilin sonuna dövlət qiymətli kağızları üzrə 2,967 milyon manatlıq investisiyaya malik olub. Əvəzində Büro 2017-ci ildən qalma 2,003 milyon manatlıq vekseli investisiya portfelindən çıxarıb.
Ümumiyyətlə isə 2018-ci ildə İSB-nin aktivlərində investisiya qiymətli kağızları 98,25% artaraq 10,779 milyon manata çatıb.
©Report