21 sentybar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 9000 gün, nominal dəyəri 1,000 manat olan AZ2076008682 ISIN-li, 50 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
FED.az xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1 000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 12 may 2048-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.