Gümüşün qiyməti 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə qalxıb.
FED.az xəbər verir ki, gümüş 1,6 faiz bahalaşaraq bir unsiyasının iqyməti 37,59 dollara çatıb ki, bu da 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyədir.
ABŞ-ın gümüş idxalına gömrük rüsumu tətbiq edəcəyi ehtimalı fyuçers qiymətlərini artırıb.
Gümüş bu il 27 faiz dəyər qazanaraq, bahalaşma sürətində qızılı geridə qoyub.(Marja)