Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır.
EIB Azərbaycanda "yaşıl istiqrazlar"ın buraxılmasını nəzərdən keçirir
FED.az xəbər verir ki, Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması üçün hazırlıq işlərinə başlanılıb.
Məlumata görə, yaşıl dövlət istiqrazlarının hazırlanması məqsədilə xüsusi çərçivə sənədi artıq tərtib edilib və sənədin qısa zamanda təsdiqlənəcəyi gözlənilir.
Bildirilib ki, bu istiqrazlar üzrə cəlb edilən vəsait yaşıl enerji və dekarbonizasiya ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Xüsusilə ekologiyaya mənfi təsir göstərən sahələr prioritet təşkil edəcək. Maliyyələşdiriləcək istiqamətlərə nəqliyyat sisteminin yenilənməsi, kənd təsərrüfatı, suvarma sistemləri və digər ekoloji layihələr daxil ola bilər. Məlumata görə, sənədin əhatə dairəsi kifayət qədər genişdir.
Qeyd edilib ki, yaşıl dövlət istiqrazlarının 2026-cı ildə buraxılması nəzərdə tutulur. (Apa)











