Sentyabr ayının əvvəlində “Ethereum” kriptovalyutasının bahalaşması Çində videokart çatışmazlığına səbəb olub.
Eləcə də bax: Bitkoinin qiyməti - 53 Min Dollara Yaxınlaşıb
FED.az Banker.az-a istiinadən xəbər verir ki, bu, kriptovalyutanın qiymətinin avqustdan başlayaraq 60% artaraq tarixi 4.3 min dollara çatması fonunda baş verib.
Qeyd edək ki, hal-hazırda altkoin 3.9 dollara satılır. Videokartların bahalaşması digər ölkələrdə də müşahidə edilir. Məsələn, Almaniyada 8 avqustdan bəri videokartların qiyməti 9% artıb.
5 avqustda “Ethereum” şəbəkəsində əməliyyat haqqının hesablanması mexanizmini tamamilə dəyişdirən “London” yeniləməsi tətbiq edilib. İndi maynerlərin aldığı komissiyaların bir hissəsi ləğv edilir.
Yeniləmənin aktivləşməsindən sonra kriptovalyuta şəbəkəsində ümumi olaraq 542.5 milyon dollar dəyərində 155 mindən çox “Ethereum” ləğv edilib.