Dünyada ən çox qızıl ehtiyatına malik olan ölkələr açıqlanıb.
FED.az Dünya Qızıl Şurasının (WGC) məlumatına istinadən xəbər verir ki, hazırda dünyada ən çox qızıl ehtiyatına malik olan ölkələrin ümumilikdə 24 min tona yaxın qızılı var.
Ən böyük qızıl ehtiyatına malik olan ölkələr ABŞ, Almaniya, İtaliya, Fransa və Rusiyadır.
Sonrakı yerləri Çin, Hindistan, Yaponiya, Türkiyə və Niderland tutur.
ABŞ-ın qızıl ehtiyatı 8 130 ton, Almaniyada 3 350 ton, İtaliya 2450 ton, Fransa 2 440 ton, Rusiyada 2 330 ton, Çində isə 2300 ton qızıl ehtiyatı var.
Hindistanın qızıl ehtiyatı 880 ton, Yaponiyada 850 tondur. Türkiyə və Niderlandın qızıl ehtiyatı isə müvafiq olaraq 640 ton və 610 tondur.
Xatırladaq ki, hazırda dünya 1 unsiya (təqribən 31 qram) qızılın qiyməti 4 000 dollar ətrafındadır.











