Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə Nazirlik tərəfindən yaradılmış İnvestisiya Şurasının növbəti iclası olub.
Azərbaycanda istiqraz bazarını «partladacaq» yenilik – 60%-LİK DÖVLƏT ZƏMANƏTİ BAŞLAYIR
FED.az xəbər verir ki, Şuranın tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri daxildirlər.
İclasda Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, son illər aparılan ardıcıl sosial islahatlar DSMF-ni də əhatə edib, o cümlədən Fondun fəaliyyətində optimal və mərkəzləşmiş iş mexanizmləri, innovativ həllər tətbiq edilib, sosial sığorta daxilolmaları artıb.
İclasda qeyd edilib ki,. Dövlət başçısının bu ilin aprel ayında imzaladığı qanunvericilik aktlarına əsasən DSMF-nin sərbəst vəsaitini investisiyaya yönəltmək imkanına yaranıb. Qeyd edək i, sərbəs vəsait dedikdə Fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq nəzərdə tutulur.
Bildirilib ki, bu addım Fondun sərbəst vəsaitlərinin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunması baxmınjan əhəmiyyət daşıyır. Həmin investisiya gəlirləri şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsində, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması xərclərində də istifadə ediləcək.
İclasda ötən dövrdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub, bu sahədə görülən işlər və investisiya fəaliyyətinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.