13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Bakı Fond Birjasında əməliyyatların həcmi - KƏSKİN ARTIB
Bu barədə FED.az-a Bakı Fond Birjasından bildirilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Abunə yazılışı 18 dekabr 2023-cü il tarixində başlayacaqdır və 18 fevral 2024-cü ilədək davam edəcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların sayı 50 000 ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, faiz dərəcəsi 6%, tədavül müddəti 5 ildir. Kupon faizləri ildə 2 dəfə ödəniləcək.
Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazları ilə bağlı ətraflı məlumat üçün göstərilən linkə keçid edə bilərsiniz: www.ascoistiqraz.az
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.