28 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040059 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 90.2430 (10.9001%) manat və 93.8995 (9.38%) manat olan 47 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1400 (9.6896%) manat, orta ölçülmüş qiyməti 93.6040 (9.5001%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 758 min manat, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 24 fevral 2026-cı ildir.
Hərrac iştirakçıları 01 mart 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür