21 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040042 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 91.2371 (11%) manat və 95.4017 (8.5500%) manat olan 50 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3595 (9.1500%) manat, orta ölçülmüş qiyməti isə 94.5573 (9.0354%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 144 milyon 644 min 300 manat, yerləşdirilmiş həcmi isə 47 milyon 51 min 500 manat təşkil edib.
Hərrac iştirakçıları 22 fevral 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür