Çərşənbə axşamı Amerikada istehlak qiymətləri indeksi proqnozların üzərində açıqlandı.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
İnflyasiyanın ehtimal olunandan çox artması FED-in faiz siyasətində daha sərt mövqe sərgiləyə biləcəyi gözləntilərini da artıra bilər. Bu isə Dollar İndeksinin major valyutalar qarşısında yenidən bahalaşmasına dəstək oldu.
“Buğalar” hazırda 103.10 bənd hədlərində dalğalanan dollar indeksini 103.50 bənd həddinin üzərinə qaldıra və orada saxlaya bilsələr, EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq inlyasiya göstəriciləri, eləcə də saat 18:00-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq.
Dolların bahalaşması fonunda qızıl yenidən ucuzlaşır. Hazırda 1848$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1850$ səviyyəsinin altında qalarsa,1820$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.