Dünən ABŞ-da açıqlanan inflyasiya məlumatları gözləntilərin altında açıqlandı. Mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPİ) aylıq 0.1%, illik isə 5% artaraq bazar gözləntilərinin altında qaldı.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Enerji və ərzaq qiymətlərini əhatə etməyən baza inflyasiya isə mart ayında proqnozlaşdırıldığı kimi aylıq 0.4%, illik isə 5.6% artıb. Manşet inflyasiyada azlama olsa da, baza inflyasiyanın artması qalıcı inflyasiya qorxularını bir qədər də artırdı.
Buna baxmayaraq “FOMC”-u son iclasının protokollarının resessiya bağlı narahatlıqlarını artırması ilə FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz artımı ehtimalları olduqca zəiflədi. Nəticədə dollar valyuta birjalarında yenidən ucuzlaşdı.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının protokollarında FED rəsmilərinin hələ mart ayı toplantısında faiz dərəcəsinin sabit saxlanılmasını qiymətləndirdiyi, lakin yekun qərarın 25 bənd artım olduğu ortaya çıxdı.
Protokollarda, FED rəsmilərinin bank sektorunda baş verən son hadisələrin potensial təsirlərini nəzərə alaraq, ilin sonunda mülayim bir resessiya proqnozlaşdırdıqları diqqət çəkdi.
FED rəsmilərinin açıqlamalarında inflyasiyanın yavaşladığı, lakin hələ də FED-in 2 faizlik hədəfinə uyğunlaşmadığı, inflyasiyanın hədəflərə qayıtması üçün əlavə bir neçə ay lazım olduğu, tələbin “soyumasına” baxmayaraq, inflyasiyanın "qırıldığına" dair hələ heç bir dəlil görülmədiyi vurğulanır.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.