Bu gün ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokolları öncəsi Avropa Mərkəzi Bankının əsas inflyasiya təzyiqlərinin davam etdiyi bazar şəraitində daha çox faiz artımına ehtiyac ola biləcəyini açıqlaması fonunda dollar major valyutalar qarşısında ucuzlaşır.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
ABŞ-da dərc olunacaq inflyasiya rəqəmləri FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz dərəcələrinin növbəti dəfə artırılıb artırılmayacağına dair gözləntiləri müəyyənləşdirə bilər. Bu səbəbdən də inflyasiya göstəriciləri DXY-da tendensiyanın necə davam edəcəyində ciddi rol oynaya bilər.
Dolların ucuzlaşması və İMF-nin qlobaq iqtisadi böyümə ehtimallarını aşağıya doğru redaktə etməsindən sonra qızıl yenidən artım tendensiyasını bərpa edib. Təhlillərə əsasən hazırda 2018$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 2010$ səviyyəsinin üzərində qaldığı müddətcə, artım tendensiyasının 2032$-a və 2052$-a kimi davam edəcəyi ehtimal edilir.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.