Bazar ertəsi Almaniyada ÜDM-in keçən ilin son rübündə proqnozlaşdırılandan daha zəif açıqlanması avronun qiymətinin ucuzlaşmasına səbəb oldu.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Avropanın ən güclü iqtisadiyyatının kiçilməsi AMB-nin inflyasiyanın aşağı salınması istiqamətində qərarlarının doğru olduğunu göstərir.
Bu gün Bakı vaxtı ilə müvafiq olaraq 11.00, 14.00 və 17.00-da açıqlanacaq Almaniyadan “İşsizlik səviyyəsində dəyişiklik”, Avrozonada “ÜDM rüblük” və Almaniyada “İstehlak qiymətlər indeksi” (inflyasiya) göstəriciləri bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər.
Təhlillərə əsasən hazırda 101.93 bənd hədlərinə qərarlaşan Dollar İndeksi 102 bənd səviyyəsini qırqıra bilməsə, yenidən geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.09$ və 1.24$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Hal-hazırda dolların bahalaşması fonunda qızıla tələb müvəqqəti azalmışdır. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1915$ səviyyəsini qırsa, eniş tendensiyası 1907$ və 1900$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.