Ötən həftənin sonu Amerikada proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra bu həftə ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokolları, Pərakəndə Satış Dövriyyəsi kimi önəmli iqtisadi göstəricilər öncəsi dollar major valyutalar qarşısında bahalaşır.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
ABŞ-da dərc olunacaq inflyasiya rəqəmləri FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz dərəcələrinin növbəti dəfə artırılıb artırılmayacağına dair gözləntiləri müəyyənləşdirə bilər.
Korrektiv enişlərin yaşandığı qızılda eniş tendensiyasını divergensiya müşahidə edir. Bu səbədən də, satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə edilir. Təhlillərə əsasən hazırda 1998$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 2003$ səviyyəsinin üzərinə yüksəlsə, artım tendensiyasının 2016$-a və 2032$-a kimi davam edəcəyi ehtimal edilir.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.