Dünyanın fond bazarlarındakı kəskin çöküş indiyədək mövkəmliyi şübhə doğurmayan şirkətlərin səhmlərinə də təsirini göstərib.
“Nvidia”nın səhmi kəskin ucuzlaşdı – HƏR SƏHMDƏ 34 DOLLAR AZALMA
FED.az xəbər verir ki, təkcə fevralın 5-də səhər saatlarında «Apple» səhmləri 6,6 faiz ucuzlaşıb və 220 dollara enib. Azalma fevralın 5-də də davam edib və hazırda qiymət 209 dollaradək azalıb. Başqa sözlə, cəmi 20 gün ərzində «Apple»nin səhmləri 25 dollar və ya 11% ucuzlaşaraq 234 dollardan 209 dollara enib.
Bu çöküşdən qazancla çıxan yeganə şəxs tanınmış investor, «Berkshire Hathaway» şirkətinin sahibi Uorren Baffet olub. Bir neçə gün əvvəl məlum olub kp, milyarder bu il «Apple»nin ona məxsus olan səhmlərinin yarısını satıb. Məhz bu xəbər yayılandan sonra başqa investorlar da «iPhone» istehsalçısının səhmlərini satmağa başlayıblar.
Hazırda Baffetdə «Apple»nin 82 milyard dollarlıq səhmi qalıb.
Səhmlərin satışı nəticəsində isə «Berkshire Hathaway»in nağd pul ehtiyatları 277 milyard dolara çatıb.
Bununla yanaşı, qeyd edək ki, hətta budəfəki enişi nəzərə aldıqda belə, «Apple»nin səhmləri ilin əvvəlinldən bəri hər səhm üzrə 17 dollar, və ya 8,8% bahalaşıb.