Qlobal bazarlarda çökmə və satış dalğası davam edir.
FED.az xəbər verir ki, ABŞ-da səhmləri sürətlə ucuzlaşan şirkətlər arasında son vaxtlar məşhurlaşan çip istehsalçısı «Nvidia» da var.
Qeyd edək ki, ucuzlaşma nəticəsində «Nasdaq 100» indeksi 6,5 faiz, «S&P 500» indiksi 2,5 faiz, «Dow Jones» isə 1,6 faiz azalıb.
Bu arada çip istehsalçısı «Nvidia»nın səhmləri bir gündə düz 9 aşağı düşüb. Azalma avqustun 5-də də davam edib və səhmlər 100 dollaradək ucuzlaşıb – hazırda qiymətlər 100 dollar ətarfındadır.
Xatırlaaq ki, son dövrlər «Nvidia»nın səhmləri onsuz da dəyər itirirdi, belə ki, iyulun 10-da 134 dollar olan səhmlər indi 100 dollara enib. Bu təqribən 25% ucuzlaşma deməkdir.