Bu ilin yanvar-noyabr aylarında “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 2 milyard 964 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 96 milyon manat və ya 27% azdır.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 109 milyon 549 min manat,dövlət istiqrazları üzrə dövriyyə 699 milyon 917 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 25 milyon 417 min manat, səhm əməliyyatları üzrə dövriyyə 3 milyon 339 min manat, repo əməliyyatları üzrə dövriyyə 2 milyard 126 milyon manat təşkil edib.
Əməliyyat sayı isə 3 min 536 təşkil edib.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 9 milyon 632 min manat (8,1%), dövlət istiqrazları üzrə dövriyyə 105 milyon 293 min manat (13,1) azalıb, korporativ istiqrazlar üzrə dövriyyə 7 milyon 520 min manat (42%), səhm əməliyyatları üzrə dövriyyə 1 milyon 775min manat (2,1dəfə) artıb, repo əməliyyatları üzrə dövriyyə 990 milyon 260 min manat (31,8%) azalıb.
Əməliyyat sayında isə 470 ədəd və ya 15,3% artım qeydə alınıb.