«Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfədən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 5,7 milyard manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 3,2 milyard manat və ya 2,3 dəfə artıb.
Bu dövrdə ASC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 112,8 manat, dövlət istiqrazları üzrə dövriyyəsi 477,6 manat, korporativ istiqrazları üzrə dövriyyəsi 992,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 4,1 milyard manat, səhmlər üzrə dövriyyəsi isə 16,3 milyon manat olub.
Cari ildə « Assist Finance İnvestisiya Şirkəti»nin korporativ istiqrazlarının dövriyyəsi 62,8% (383 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 3,6 dəfə (2,9 milyard manat), dövlət istiqrazları üzrə dövriyyəsi 52% (163,4 milyon manat) artıb.
Bu ilin 11 ayı ərzində «Assist Finance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 832 ədəd və ya 92,1% artaraq 1 735 -ə yüksəlib.