Çin səhmlərinin bazar dəyəri 5 ildən sonra yenidən 10 trilyon dollara yaxınlaşıb.
Eləcə də bax: Milyarder 5 yapon şirkətindən - 6,25 MİLYARD DOLLARLIQ SƏHM ALIB
FED.az xəbər verir ki, hazırda Çin birjalarındakı səhmlərin ümumi dəyəri 9,98 trilyon dollardır.
Çin səhm bazarı dünyada yalnız 37.9 trilyon dollarlıq ABŞ səhm bazarından geri qalır.
Xatırladaq ki, Çin ən son 2015-ci ilin iyun ayında bir müddət 10 trilyon dollarlıq bazar dəyərini qoruduqdan sonra, bir neçə ayda 5.2 trilyon dollar zərərlə nəticələnən kəskin satış dalğası yaşamışdı.