Milyarder investor Warren Buffett-ə məxsus olan “Berkshire Hataway” Yaponiyanın 5 aparıcı əmtəə ticarət şirkətinin səhmlərini satın alıb.
Eləcə də bax: ABŞ-ın texnologiya şirkətləri – BÜTÜN AVOPANI KEÇDİ
FED.az xəbər verir ki, “Berkshire Hataway”in açıqlamasına görə, Tokio Birjasında son bir ildə satınalmalarla “Mitsubishi Corp”, “Mitsui & Co”, “Itochu, Marubeni” və “Sumitomo” təxminən 5 %-lik səhmlərini alıb.
Bu səhmlər üçün təxminən 6,25 milyard dollar xərclənib.
Açıqlamada Yapon şirkətlərinə edilən investisiyaların uzun müddət davam etməsi planlaşdırıldığı da bildirilib.
Bu satınalmadan sonra Yaponiyanın “Topix” indeksi 1,9% artıb.
Covid-19 pandemiyasının dünya iqtisadiyyatını zəiflətdiyindən bəri Baffetin rekord pulla nisbi təmkinli qalmasına baxmayaraq, “Berkshire” əmtəə mövqeyini artırır.
Qeyd edək ki, “Berkshire” iyul ayında “Dominion Energy Inc”in təbii qaz boru kəməri və anbar aktivlərini almaq üçün 4 milyard dollarlıq müqavilə bağlamışdı.