2026-cı ilin yanvar-fevral ayları üzrə “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 3,2 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 115,3 milyon manat və ya 36,8 dəfə azalıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 2,9 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 255,5 min manat, səhmlər üzrə dövriyyəsi isə 34,1 min manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları və repo əməliyyatları həyata keçirməyib.
Hesabat dövründə şirkətin dövriyyəsinin kəskin azalmasının əsas səbəbi repo bazarındakı fəaliyyətini tamamilə dayandırması olub; ötən il bu seqmentdə 105,7 milyon manatlıq dövriyyə qeydə alınmışdı. Bununla yanaşı, dövlət istiqrazları üzrə də 12,6 milyon manatlıq dövriyyə itkisi baş verib. Şirkət korporativ istiqrazlar bazarında 73,4 min manatlıq (40,3%) artım qeydə alsa da, ümumi dövriyyənin kəskin enişinə mane ola bilməyib.
Hesabat dövrünün nəticələrinə görə, «CFI FİNANCİAL»ın əməliyyatlarının sayı 30 ədəd (75,0%) azalaraq 10-a bərabər olub.












