2026-cı ilin yanvar-fevral ayları üzrə “MFX Trading İnvestisiya Şirkəti”nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 12 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 4,4 milyon manat və ya 57,8% artıb.
Bu dövrdə şirkətin repo əməliyyatları üzrə dövriyyəsi 7 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi isə 170 manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları və səhm əməliyyatları həyata keçirməyib.
Hesabat dövründə şirkətin dövriyyə artımının əsas drayveri ARMB qiymətli kağızları bazarı olub; şirkət bu seqmentdə 5 milyon manatlıq yeni əməliyyatlar icra edib. Bununla yanaşı, repo əməliyyatları 156 min manat (-2,2%) azalaraq sabit səviyyədə qalıb. Ötən il 416 min manatlıq dövriyyə etdiyi dövlət istiqrazları bazarını isə şirkət bu il tərk edib.
Hesabat dövrünün nəticələrinə görə, «MFX Trading»in əməliyyatlarının sayı 2 ədəd (22,2%) artaraq 11-ə bərabər olub.












