10 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az birjaya istinadən xəbər verir ki, 250 min manatlıq istiqrazlara 3 investor 3 sifariş təqdim edib.
İstiqrazların tam məbləği yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: BOKT "İnternational" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2014021029
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli
İstiqrazların sayı: 250 (ədəd)
İlkin ticarət qiyməti: 1 000 manat
İstiqrazların buraxılış həcmi: 250 000 manat
İllik gəlirlilik faizi: 15%
Minimal qiymət: 1000 (15.0000%) manat
Maksimal qiymət: 1000 (15.0000%) manat
Kəsmə qiyməti: 1000 (15.0000%) manat
Ortaçəkili qiyməti: 1000 (15.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 250 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 250 000 manat
İnvestor sayı: 3
Sifariş sayı: 3
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir
Tədavül müddəti: 2 il
Anderrayter: “Paşa Kapital İ.Ş” QSC