14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2005021020 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: İKZF 1 investordan 40 mln. manatlıq borc pul cəlb edib – İLLİK 3% ÖDƏNİŞLƏ
Birjadan FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 100 manat (13%) qiymətindən 9 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 13%-dir, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 14.04.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.