12 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” ASC-nin səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
“Legion Financial”ın istiqrazlarına 8 investor 8 sifariş - TƏQDİM EDİB
Bu barədə FED.az-a Birjadan bildirilib.
Adi adlı sənədsiz səhmlərin sayı 3000 ədəd, hər birinin nominal dəyəri 1000 manatdır.
19 iyun 2023-cü ildə BOKT “İnternational” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
31.03.2023-cü il tarixində təşkilatın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilb. Yığıncaqda "Nizamnamə kapitalının artırılması ilə bağlı səhmlərin buraxılışı", "İstiqraz buraxılışı" və digər məsələlər müzakirə olunacağı açıqlanmışdı.
BOKT “İnternational” ASC-nin hazırda 5 milyon manat nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. Əgər səhmlərin yerləşdirilməsi uğurla başa çatarsa Təşkilatın nizamnamə kapitalı 8 milyon manata yüksələcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.