12 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” MMC-nin tədavül müddəti 1800 təqvim günü, nominal dəyəri 1000 manat olan AZ2001025462 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 min manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 15%, faiz ödəniş dövrü isə 30 gündən bir təşkil edir. Ödəmə tarixi 30.05.2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.