Dünyanın kriptovalyuta bazarlarında yenidən artım başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoinin qiyməti kəskin enişdən sonra yenidən artmağa başlayıb.
Belə ki, son sutka ərzində bitkoin 1 400 dollar və ya 2,2% bahalaşaraq 62 600 dollara yüksəlib.
Bununla yanaşı, həttabu artımdan sonra bitkoin bir həftə əvvəlki qiymətdən 11 000 dollar və ya 15% azdır.
Bitkoinlə yanaşı, ikinci əsas kriptovalyuta «Ethereum» da kəskin ucuzlaşmadan sonra artmağa başlayıb. Belə ki, bir həftə əvvəl «Ethereum»un qiyməti 2020 dollar idi. İndi isə qiymətlər 400 dollar və ya 19% aşağıdır. Son sutka ərzində isə «Ethereum»un qiyməti 3% və ya 50 dollar artaraq 1640 dollara yüksəlib.














