Bitkoinin qiyməti növbəti rekord vurub.
Gümüşün qiyməti 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyədə
FED.az xəbər verir ki, iyulun 13-də dünyanın əsas kriptovalyutası bir qədər də bahalaşaraq 119 min dolları keçib.
Bu bitkoinin tarixində hələlik ən yüksək göstəricidir. Xatırladaq ki, bitkoinin sonuncu qiymət rallisi iyulun 10-dan başlayıb. İyulun 10-da səhər saatlarında 108,8 min dollar olan bitkoin indiyədək 10 min dollar bahalaşaraq 119 min dolları keçib və 119 064 dollara çatıb.
Son bir ay ərzində bitkoin 14 min dollar (bir ay əvvəl 105 min dolara idi) bahalaşıb. Son bir ildə isə bitkoinin qiyməti 2 dəfədən çox artıb. Ötən ilin 13 iyulunda bitkoinin qiyməti cəmi 59 min dollar idi.
Bitkoinlə yanaşı, Ethereum-un da qiymət i artmaqdadır. Bu kriptovalyuta hazırda 3 min dollardan bahadır. Maraqlıdır ki, son bir həftədə bitkoin 9% bahalaşdığı halda, Ethereum-un qiyməti 17% artıb.