Dünyanın kriptovalyta bazarı təqribən bir il əvvəl itirdiyi mövqeləri sürətlə bərpaetməkdədir.
FED.az xəbər verir ki, aparıcı kriptovalyuta olan bitkoin son 3 ay ərzndə artıq 2 dəfə bahalaşıb. Mayın 12-də bitkoinin qiyməti daha bir psixoloji həddi – 7 min dolları keçib. 7500 dolları görən qiymətlər sonradan bir qədər azalaraq 7113 dollara enib.
Ümumiyyətlə, son 1 bir ay ərzində bitkoinin qiyməti 50% artaraq 5 min dollardan 7,5 min dollara, bazar həcmi isə 89,2 milyard dollardan 132 milyard dolara yüksəlib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.