Koronavirusa yoluxmalardakı artım pullar üçün təhlükəsiz aktivlərə maraqları atrtırdıqca, Bitkoinin də bahalaşması sürətlənib.
FED.az xəbər verir ki, bunun nəticəsində kriptovalyutanın qiyməti 18 min dolları keçib.
Bu qiymətlə bitkoin 2017-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib. Son dəyişmələrdən sonra bitkoinin indiyədək ən yüksək qiymətinin təkrarlanmasına cəmi 10% qalıb.
Kripto pul analitiklərinin hesab edir ki, koronavirus pandemiyası davam etdikcə pik qiymətinin – 20 min dollar – təkrarlanması ehtimalı da yüksəlib.
Koronasirusla yanaşı, bitkoinin bahalaşmasına «Paypal»ın kripto valyuta əməliyyatları ilə bağlı qərarı da təsir edib. Həmin qərara əsasən, ABŞ-dakı bitkoin istifadəçiləri birbaşa PayPal hesabları içərisində kripto valyutaları ilə ticarət edə biləcəklər. Üstəlik, şirkət, həftəlik kriptovalyuta əməliyyat limitini də 10 min dollardan 20 min dollara qaldırıb.
Xatırladaq ki, 2017-ci ildə Bitcoin ilin sonuna doğru sürətlə bahalaşaraq 19 min dollar keçdi və 20 min dollara yaxınlaşmaqla tarixin ən yüksək səviyyəsinə çatıb. 2018-ci ilin əvvəlində isə Bitkoin qiymətlərində sürətli ucuzlaşma baş verdi.