Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 0,52% azalaraq 3 min 649 dollar olub.
“Ethereum”un dəyəri artarkən, “Bitcoin Cash”in isə dəyəri azalıb.
Ethereumun dəyəri 1,21% artaraq 121 dollar, Bitcoin Cash də 2,19% azalaraq 125 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 62-i ucuzlaşıb , qalan 38-i isə bahalaşıb.
Ən çox dəyər qazanan coin 24,69% artıma malik olan “Ark” olub.
Ən çox ucuzlaşan coin isə 4,60% dəyər itirən “Chainlink” olub.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 120 983 407 240 dollardır.
“Bitcoin”in – SON QİYMƏTİ

09:46
11 Fev 2019