Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 0,46% azalaraq 3 min 403 dollar olub.
Ethereum və Bitcoin Cashin də dəyəri azalıb.
Ethereumun dəyəri 0,12% azalaraq 105 dollar, Bitcoin Cash də 1,34% azalaraq 115 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 57-i ucuzlaşıb, qalan 47-i isə ucuzlaşıb.
Ən çox dəyər qazanan coin 9,24% artıma malik olan “WAX” olub.
Ən çox ucuzlaşan coin isə 6,84% dəyər itirən “Holo” olub.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 111 607 404 424 dollardır.
“Bitcoin”in – SON QİYMƏTİ

09:43
8 Fev 2019