Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 0,01% azalaraq 3 min 666 dollar olub.
Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti azalıb.
Ethereumun dəyəri 1,05% azalaraq 122 dollar, Bitcoin Cash də 1,33% azalaraq 128 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 36-ı bahalaşıb, qalan 64-ü isə ucuzlaşıb.
Ən çoc dəyər qazanan coin, 52,97% artıma malik olan “TenX” olub. “TenX”ın qiyməti 0,358dollardır. 2-ci yerdə isə 26,84% artıma malik olan “Loopring”-dir.
Ən çox ucuzlaşan coin isə (-14,28%) dəyər itirən “WAX” olub. Onun qiyməti 0,039 dollardır.Digər coinlər isə 7% və ondan aşağı faiz göstəricilərində dəyər itiriblər.
Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 122 130 975 871 dollardır.
Bitcoinin – SON QİYMƏTİ

10:51
19 Yan 2019