Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 0,47% artaraq 3 909 dollar olub.
Etherum və Bitcoin Cashinin dəyəri azalıb.
Etherumun qiyməti 0,43% azalaraq 108 dollar, Bitcoin Cashin qiyməti də 7,28% azalaraq 143 dollar olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 55-i bahalaşıb qalan 45-i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 126 105 382 791 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Bitcoinin son -QİYMƏTİ

09:42
5 Dek 2018