Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 3,34% artaraq 3 608 dollar olub.
Etherumun və Bitcoin Cashin də dəyəri artıb.
Etherumun qiyməti 2,02% artaraq 94 dollar, Bitcoin Cashin qiyməti 2,25% artaraq 108 dollar olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 84-ü bahalaşıb qalan 16-ı isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 114 137 852 120 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Bitcoinin qiyməti artıb

09:23
10 Dek 2018