Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 5,13% artaraq 4 207 dollar olub.
Etherum və Bitcoin Cashin də dəyəri artıb.
Belə ki, Bitcoin cash 1,76% artaraq 187 dollar, Etherum da 4,35% artaraq 120 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 86-ı bahalaşıb qalan 14-ü isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 136 969 932 418 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Bitcoinin qiyməti artıb

09:34
29 Noy 2018