Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin bahalaşıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 2,62% artaraq 6 498 dollar olub.
Eyni zamanda Bitcoin Cash və Etherum da dəyər qazanıb.
Belə ki, Bitcoin cash 2,19% artaraq 429 dollar, Etherum da 1,05% artaraq 199 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 92-i bahalaşıb qalan 8- i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 208 878 168 842 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Bitcoinin qiyməti artıb

09:17
1 Noy 2018