Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin bahalaşıb.
FED.az xəbər verir ki, Bitcoin bu gün 2,25% artaraq 6464 dollar olub.
Eyni zamanda Bitcoin Cash və Etherum-un da bahalaşıb .Belə ki, Bitcoin cash 4,02% yüksələrək 532 dollar, Etherumun 5,02% artaraq 299 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 5-i ucuzlaşıb qalan 95-i isə bahalaşıb.
Ən çox bahalaşan kriptovalyutalar: “Cortex” , “VeChain” olub ki, qiymətləri müvafiq olaraq 69,35% və 61,59% artıb.
Ən çox ucuzlaşan kriptovalyuta 9,98%-lə “Dropil” kriptovalyutası olub.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 211 368 361 348 $ -dır.
Bitcoinin qiyməti artıb

10:01
17 Avq 2018