Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 5,77% artaraq 4 058 dollar olub.
Etherumun və Bitcoin Cashin də qiyməti artıb.
Etherumun qiyməti 1,76% artaraq 156 dollar, Bitcoin Cashin qiyməti 4,15% artaraq 167 dollar olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 93-ü bahalaşıb qalan 7-i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 137 340 148 467 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Bitcoinin qiyməti 4 min dolları keçib - SON QİYMƏT

09:19
7 Yan 2019