Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti azalıb.
FED.az BİRJA xəbər verir ki, Bitcoinin qiyməti bu gün 0,70% azalaraq 6 370 dollar olub.
Eyni zamanda Etherum və Bitcoin Cash da dəyər itirib.
Belə ki, Bitcoin cash 1,20% azalaraq 511 dollar, Etherum da 0,97% azalaraq 209 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 33-ü bahalaşıb qalan 67- ı isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 211 819 656 225 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Bitcoin yenidən ucuzlaşıb – QİYMƏT

09:43
13 Noy 2018