Dünyanın əsas kriptovalyutası sayılan Bitcoin yenidən bahalaşıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti son 24 saat ərzində 3,25% bahalaşaraq 7941 dollardan 8188 dollar olub.
Eyni zamanda Ethereum və Bitcoin Cashdə yüksəlib. Belə ki, Ethereum 1,05% qalxaraq 469 dollar, Bitcoin Cash 2,37% artaraq 821 dollar olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 86-ı bu gün bahalaşıb, 14-i isə ucuzlaşıb.
Ən çox bahalaşan kriptovalyuta « PIVX», «Waltonchain» və «aelf»dir. Onların qiymətləri gün ərzində müvafiq olaraq 18,95%, 10,52% və 9,42% artıb.
Bu dövrdə ən çox dəyəri itirən kriptovalyuta isə «ChainLing» onun qiyməti 6.05% aşağı düşüb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 297 572 306 307 dollar dəyərindədir.
Bitcoin yenidən 8000 dolları keçdi
10:16
28 İyul 2018