Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.
FED.az xəbər verir ki, Bitcoin bu gün 1,89% düşərək 6 478 dollar olub.
Eyni zamanda, Bitcoin Cash və Etherum ucuzlaşıb.
Belə ki, Bitcoin cash 4,31% geriləyərək 521 dollar, Etherumun 4,16% azalaraq 220 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 11-i bahalaşıb qalan 89-ı isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 222 702 864 996 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir