Dünyanın əsas kriptovalyutası sayılan Bitcoin yenidən düşməyə başlayıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti son 24 saat ərzində 0,64% ucuzlaşaraq 8170 dollardan 8127 dollara enib.
Eyni zamanda Ethereum və Bitcoin Cashdə dəyər itrib. Belə ki, Ethereum 2,71% azalaraq 451 dollar, Bitcoin Cash 2,43% enərək 802 dollar olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 9-u bu gün bahalaşıb, 81 -i isə ucuzlaşıb.
Ən çox bahalaşan kriptovalyuta « Polymath», «Verge» və «Metaverse ETP»dir. Onların qiymətləri gün ərzində müvafiq olaraq 33,56%, 6,48% və 2,93% artıb.
Bu dövrdə ən çox dəyəri itirən kriptovalyuta isə «Mithril» onun qiyməti 25.51% aşağı düşüb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 289 520 115 784 dollar dəyərindədir.
Bitcoin ucuzlaşmaqda davam edir
09:09
31 İyul 2018