Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 1,67% artaraq 6 533 dollar olub.
Eyni zamanda Etherum və Bitcoin Cash da dəyər qazanıb.
Belə ki, Bitcoin cash 10,42% artaraq 615 dollar, Etherum da 4,38% artaraq 218 dollar təşkil edib.
Kriptovalyuta bazarında qiyməti ən çox artan kriptovalyuta “Mixin” ( 10,83% artaraq 155 dollar olub) və “Bitcoin Cash” olub.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 83-ü bahalaşıb qalan 17- i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 219 512 724 927 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
“Bitcoin Cash” kəskin bahalaşıb – QİYMƏT
09:51
7 Noy 2018