Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoinin qiyməti bu gün 1,20% artaraq 4 332 dollar olub.
Etherumun qiyməti azalıb, Bitcoin Cashin isə dəyəri artıb.
Belə ki, Bitcoin cash3,19% artaraq 206 dollar , Etherum isə 0,01% azalaraq 124 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 66-ı bahalaşıb qalan 34-ü isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 139 982 146 765 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Bitcoin bahalaşıb

10:33
24 Noy 2018