Bitcoin bahalaşıb

09:40
17 Sen 2018
Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoin bu gün 0,16% dəyər qazanaraq 6 489 dollar olub.
Eyni zamanda, Bitcoin Cash və Etherum bahalaşıb.
Belə ki, Bitcoin cash 4,21% artaraq 453 dollar, Etherumun 2,23% artaraq 219 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 24-i ucuzlaşıb qalan 77-i isə bahalaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 202 560 190 817 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir